HAQQIMIZDA - paslanmaz.az

paslanmaz loqo
PASLANMAYAN POLADDAN MƏHSULLARIN HAZIRLANMASI
PASLANMAYAN POLADDAN MƏSULLARIN HAZIRLANMASI
PASLANMAYAN POLADDAN MƏSULLARIN HAZIRLANMASI
Перейти к контенту
Hovuz üçün
Hovuza xüsusi gözəllik verən- onun ətrafında paslanmayan poladdan hazırlanan dəvəboyunlarıdır.
Bu qurğunun əsas funksiyası hovuz ətrafında istirahət edənlərə axan suyun sakitləşdirici səsi və hovuzdakı suyun daimi sirkulyasiyasıdır.
Tavan və günlüklər
Paslanmayan poladdan hazırlanan günlüklər sizə məxsus binanın fasad görünüşünə xüsusi bir gözəllik verə bilər. İstənilən ölçü və formada bizə sifarişinizi edə bilərsiniz. Konstruksiyanın örtükləri zövqünüzə uyğun, şüşə və pastik ola bilər.
Müxtəlif
Müxtəlif əşyaların (müassir üslubda mebel,rəflər,masa,dekorasiya və s)pasülanmayan poladdan hazırlanmasını bizə həvalə edə bilərsiniz.
Məhəccər
Paslanmayan poladdan hər cür məhəccər və tutacaqların, istehsalı və qurraşdırılmasını həyata keçiririk. Məhsullarımız paslanmayan poladnan yanaşı digər materiallarla (ağac, şüşə və s.) hazırlanır.
HAQQIMIZDA
Biz paslanmayan poladdan olan və gündəlik istifadəyə yararlı şəxsi sifarişləri yerinə yetiririk. Pilləkən çəpərləri,məhəccərlər,tutacaqlar və s.məhsullarımız evinizi və artırmanızı orijinal şəkildə bəzəyəcək,mağaza,restoran və ya alış-veriş mərkəzinizin girişinə diqqəti cəlb edəcək və şübhəsiz faydalı olacaqdır. Paslanmayan polad atmosferdəki karroziyaya və aqressiv mühitə davamlı poladdır.Karroziyaya davamlı olması paslanmayan poladdan əsas üstünlüyüdür.O ilk dəfə 1913-cü ildə əldə olunub.Qarri Brearli(Harry Brearly) tüfənglərin lüləsini təkminləşdirmək üçün müxtəlif növ ərintilərlə təcrübə aparırdı.Bu zaman o,tərkibində xrom olan poladın korroziyaya davamlı olduğunu müşahidə etdi.İndi isə böyükdən kiçiyə qədər hamı bilir ki,paslanmayan polad korroziya qorxsu olmayan bir çox məmulatın hazırlanmasında istifadə olunur.Bu metal çox dözümlü və güvənli olduğu üçün uzun illər sizə xidmət edəcək. Bundan başqa-gida maddələri ilə əlaqəyə girərkən paslanmayan polad insana zərərli olan heç bir birləşmə ifraz etmir. Ona görədə bir çox ev əşyalarının hazırlanmasında ondan istifadə edilir.Bundan əlavə paslanmayan polad istehsalatın digər sahələrində-kimya və yeyinti sənayesi,elektroenergetika,tikinti,maşınqayırmada istifadə olunur. Belə poladın mexaniki xüsusiyyətləri istifadə olunan materialın nazikliyinə imkan verir ki,bu da məmulatın çəkisini azaldır.Paslanmayan poladın vacib cəhətlərindən biridə gigiyenik olmasıdır. Buna görədə onun üzərində rahatlıqla qida məhsullarını hazırlamaq olar.
Xromlu məhsullar - Paslanmaz poladdan hazırlanan məhsullardan nə ilə fərqlənir?
İlk baxışdan xromlu məhsulları paslanmaz poladdan hazırlanmış məhsullardan fərqləndirmək çətindir. Zahirən oxşar parlaqlığa malik olsalar da, bu materiallar istismar və fiziki cəhətdən fərqlidirlər. Tərkib və keyfiyyət baxımından xromlu məhsullar paslanmaz məhsullardan fərqlənir. Qara metalın üzərinə, əsasən, xrom vurulur. Adi qara metalı xromlasaq, açıq havada qaldıqca bir müddətdən sonra paslanacaq. Rütubətli və dəyişkən temperaturda məsaməli səth əmələ gələcək. Ümümiyyətlə, xromlu detal zərbəyə və cızılmağa qarşı həssasdır. Cızılmış və zədələnmiş hissənin paslanmaq ehtimalı çoxdur. Bir müddət sonra xrom üzlük soyulduqda onu bərpa etmək olmur.
Paslanmaz poladın üz səthi əbədidir və o hec vaxt silinmir. Onu zədələmək və cızmaq çətindir, amma zədələnmiş, cızılmış hissələri bərpa etmək və cilalamaq mümkündür. Xromlu məhsullardan fərqli olaraq paslanmaz metaldan olan konstruksiyanı qaynaq etmək və qaynaq olunmuş hissəlləri bərpa etmək olur. Peşəkar mütəxəssislər dayanıqlı material seçməkdə düzgün seçim edirlər.
​ Paslanmaz poladı seçməyimizin səbəbi:
1. Yüksək antikorroziyaya malikdir (uzunmüddətlidir)
2. Gigiyenik cəhətdən təmizdir. (Zərərli bakteriyaları özündən dəf edir)
3. Rahat qaynaq olunur və bərpa olunur.
4. Parlaqlığı ilə cəlbedicidir.
Nəticə: Paslanmaz poladdan hazırlanmış məhsullar və dizaynlar praktik olaraq əbədi olduğu halda, xrom örtüklü analoqların məhdud ömrü var.
Email : info@paslanmaz.az  Ünvan: Z.Bünyadov 20/61  Əlaqə : 99455 665 37 47  99451 887 37 47

MƏHƏCCƏR
HOVUZ ÜÇÜN
TAVAN VƏ ÖRTÜKLƏR
MÜXTƏLİF
BİZİMLƏ ƏLAQƏ
BİZİMLƏ ƏLAQƏ
MÜXTƏLİF
HOVUZ ÜÇÜN
TAVAN VƏ ÖRTÜKLƏR
MƏHƏCCƏR
Ünvan: Ziya Bünyadov 20/61
Əlaqə: +99(455) 665 37 47
Email: info@paslanmaz.az
+99(451) 887 37 47
Ünvan: Ziya Bünyadov 20/61
Əlaqə: +99(455) 665 37 47
Email: info@paslanmaz.az
+99(451) 887 37 47
sayt yapım-by Ruslan
sayt yapım-by Ruslan
www.paslanmaz.az 2021
www.paslanmaz.az 2021
www.paslanmaz.az 2021
sayt yapım-by Ruslan
Назад к содержимому